Taliban lideri qətlə yetirilib

Dünya

13.02.2020 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Onun yerinə köməkçisi Mövlanə Vəli Məhəmmədin təyin olunduğu bildirilir

 

Taliban terror qruplaşmasınn liderlərindən olan Şəhriyar Məsud yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində ölüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Əfqanıstanın Kumra vilayətində Şəhriyar Məsudun yer aldığı avtomobilin partlaması nəticəsində baş verib.

 

Partlayış nəticəsində ölən Məsudun yerinə, köməkçisi Mövlanə Vəli Məhəmmədin təyin olunduğu bildirilib.

 

Qeyd edək ki, Şəhriyar Məsudun rəhbərlik etdiyi qrup 2014-cü ildən etibarən Pakistan xaricində fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş