“Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür” - <font color=red> Ərdoğan</font>

Dünya

09.12.2019 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında çıxış edib

 

“İndiyə qədər Türkiyədən 370 min nəfər qaçqın könüllü şəkildə Suriyada yaradılmış təhlükəsiz zonaya qayıdıb”

 

AYNA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında çıxış edərkən deyib.

 

Ərdoğan bildirib ki, Suriyanın Rəsulayn və Telabyad bölgələrində 1 milyon nəfərin məskunlaşması üçün tikintiyə başlamaq üçün hazırlıqlar görülür.

 

O, indiyədək Türkiyənin suriyalı qaçqınlara 40 milyard dollardan çox vəsait xərclədiyini deyib, Avropanın ölkəsinə bunun üçün cəmi 3 milyard avro yardım etdiyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş