Süleyman Soylu istefa verdi

Dünya

12.04.2020 - 22:36

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyəli nazir istefa verib 

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib. 

 

AYNA xəbər verir ki, bu barədə NTV-nin canlı efirində bildirilib.

 

Məlumata görə, DİN rəhbəri Türkiyədə iki günlük küçəyə çıxma qadağası qərarından sonra yayılan görüntülərə görə istefa verib.

 

Soylunun istefa məktubunda deyilir: 

 

“Səylə və diqqətlə həyata keçirilən müddətdə, epidemiyanın tamamilə qarşısının alınması üçün həftə sonu küçəyə çıxmaq qadağasının tətbiqinin məsuliyyəti tamamilə mənə aiddir.

 

Başlanğıcda məhdud saatlarda da olsa, ortaya çıxan görüntülər mükəmməl idarə olunan bu dövrlə ayaqlaşmadı…

 

Yaşadığım təcrübə, məsuliyyət üzərimdə olan bu hadisədə mənzərə bu cür olmamalıydı. Xoş niyyətlə, həftə sonunda pandemiyanı dayandırmaq məqsədilə atılan addım idi.

 

Heç vaxt zərər vermək istəmədiyim Əziz Millətimiz, həyatımın sonunadək sadiq qalacağım Cənab Prezidentimiz məni bağışlasın…

 

Şərəflə həyata keçirdiyim Daxili İşlər naziri vəzifəmdən ayrılıram…

 

Bütün dostlara, həmkarlara Allaha əmanət olun deyirəm.

 

Allah millətimizi qorusun…”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş