Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstələri aşkarlanıb

Xəbərlər

31.08.2021 - 15:36

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb

 

Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstələri aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba  regional qrupundan məlumat verilib.

 

Qeyd edilib ki, Şabran rayon sakinləri Mehram Ağayev, Əlsahib Ağasıyev və Reyhanə Yarıyeva COVID-19 testlərnin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

 

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və yaşadığı ünvanlara geri qaytarılıblar.

 

Hər üç şəxs barəsində barəsində Şabran  Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Müəllif: Ayna.az