“Ümid edirəm ki, həmkarlarımla qarşılıqlı anlaşma şəraitində çalışacağıq”
Jurnalist Sevinc İsgəndərova Azərbaycan Texniki Universitetinin (ATU) mətbuat katibi vəzifəsinə təyin olunub. Bu barədə AYNA-ya S.İsgəndərova özü məlumat verib.
O, bu gündən ATU-da fəaliyyətə başladığını deyib: “Ümid edirəm ki, həmkarlarımla qarşılıqlı anlaşma şəraitində çalışacağıq”.
Qeyd edək ki, S.İsgəndərova bu təyinatadək "Space" televiziyasında çalışıb - "Siqnal" və "Abituriyent" verilişlərinin aparıcısı olub, "Azərtac" İnformasiya Agentliyində, Beynəlxalq Avrasiya Mətbuat Fondunda, "Primetime.az" və "Day.az"da fəaliyyət göstərib.