Erməni faşizmini ifşa edən tədqiqatçı vəfat etdi

Xəbərlər

14.09.2019 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

 Əmrəli İsmayılovun ötən il rus dilində yazdığı "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitabı çapdan çıxmışdı

 

Tanınmış filosof alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Əmrəli İsmayılov 82 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə Əməkdar incəsənət xadimi Firuz Mustafa məlumat verib.

 

“Tanınmış filosof Əmrəli İsmayılov dünyasını dəyişdi. Bu xəbəri mənə indicə onun bacısı oğlu çatdırdı, - F.Mustafa bildirib.

Image result for filosof Əmrəli İsmayılov

F.Mustafa tanınmış filosof haqqında bunları qeyd edib: “O, bütün ömrü boyu özünü marksist filosof hesab edib. Moskvada aspirantura bitirib Vətənə dönəndən sonra Fəlsəfə İnstitutunda çalışıb. Çox prinsipial, düzünəqulu bir adam idi. Mövqeyi və məsləki sabit idi. Marksın fəlsəfi baxışları haqda monoqrafiyası vardı və bu əsər vaxtilə keçmiş Sovetlər birliyinin sosiloq ları tərəfindən yüksək qiymətləndirilmişdi. Əksər klassik filosoflarsayağı bəzi qəribəlikləri vardı. Kant kimi təkliyi xoşlayardı. Russo kimi təbiəti çox sevərdi. Şopenhauer kimi ömrünün sonunacan tənha yaşadı, ailə qurmadı. Amma bütün bunlara baxmayaraq elə adını çəkdiyimiz o Şopenhauer kimi bir daxili nikbinliyi də vardı”.

 

Onu da qeyd edib ki, Əmrəli İsmayılovu özünün vəsiyyət etdiyi kimi, Gədəbəydə yaxınlarının yanında dəfn edəcəklər.

 

Qeyd edək ki, Əmrəli İsmayılovun ötən il rus dilində yazdığı "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitabı çapdan çıxmışdı.

 

Allah rəhmət eləsin.

Müəllif: Ayna.az