Azərbaycanda polis əməkdaşları noyabrın 12-də cinayətkarlığa qarşı mübarizə tədbirlərini davam etdirib. Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bundan başqa, axtarışda olan ümumilikdə 130 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96 nəfər borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 20 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.