Nazirlər Kabinetinin səlahiyyəti artırıldı

Xəbərlər

14.11.2019 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev fərman imzalayıb

 

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb. AYNA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı bu gün fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

 

İndiyə qədər Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək səlahiyyəti olub. Dəyişikliyə əsasən, Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq verəcək.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş