İlham Əliyev yazıçı-jurnalistə mənzil bağışladı

Xəbərlər

23.07.2019 - 17:32

“Möhtərəm Prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir”

 

Prezident İlham Əliyev yazıçı-jurnalist Murad Köhnəqalaya mənzil hədiyyə edib. AYNA xəbər verir ki, bu barədə o, özünün “Facebook” hesabında məlumat verib. Məlumatda deyilir:

 

“Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi. Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb.

Ayna.az