Sabahdan MİQ müsabiqəsində 4 fənn üzrə vakansiya seçimi başlayır

Cəmiyyət

09.08.2021 - 19:47

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı məlumat yayıb

 

Avqustun 10-u saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

 

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş