Dünya universitetlərinin reytinq cədvəlində üç min neçənci yerdə olmaq...

Cəmiyyət

20.09.2019 - 12:32

"Bizim universitetlərə reytinq məsələsində kömək etmək üçün tam hazır layihə təklif etdim, dedilər ki..."

 

Deməli, 2020-ci il üçün dünya universitetlərinin reytinq cədvəli müəyyən olunub (https://www.topuniversities.com/…/world-university-ran…/2020).
Kifayət qədər ciddi reytinq agentliyidir. Bizimkilərdən normal yerdə olan var? Cavabı əlbəttə ki, hər kəsə məlumdur.

 

Üç min neçənci yerdə olmaq reytinq deyil. Çünki onsuz da reytinq agentliyi cədvəli müəyyən edərkən hər ölkədən 1-2 universiteti müqayisə üçün ora daxil edir.


Reytinqli universitet olmaq çətindir? Əlbəttə ki, yox. Bəli, ola bilər ki, kampus tikmək çətindir, yataqxana ilə təmin olunmada problem var. Amma bunlar olmadan da dünya reytinqində olmaq olar. Yəni, ən azından bu qədər aşağıda olmaq olmaz.


Bizimkilər deyir ki, 600-700 ballı abituriyentlər, prezident təqaüdçüləri məni seçib deyə, mənim reytinqim var.

Картинки по запросу kamran əsədov
O, qeyd olunanların heç biri reytinq göstəricisi deyil. Bizim abituriyentlərin başqa seçim imkanı yoxdur deyə, sizin universiteti seçir. Yəni IV qrupda 500-600 bal toplayan abituriyentin, hətta 200 bal toplayanın da seçdiyi və seçə biləcəyi yeganə yer Tibb Universitetidir və ya III qrupda hüquq fakültəsidir. Bu, sizin universitetdə olmasa, Neftçala Dövlət Universitetində olsa, bu abituriyentlər onu seçəcək. Yəni alternativ yoxdur deyə, seçim olur.


Bizim universitetlərə reytinq məsələsində kömək etmək üçün tam hazır layihə təklif etdim, dedilər ki, bizim daha vacib işimiz var...

Müəllif: Kamran Əsədov, təhsil eksperti