Sabah Bakıda 15 dərəcə isti olacaq

Xəbərlər

31.03.2021 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Aprelin 1-də ölkə ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb

 

Aprelin 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə  6-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi  əsəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş