Abituriyentlərin nəzərinə

Xəbərlər

07.09.2019 - 15:33

Ekspert, nəticəsi 150 baldan, hətta 100 baldan aşağı olanlara isə tövsiyə edir ki, buraxılış imtahanını növbəti ildə yenidən versinlər

 

Bu il və eləcə də əvvəlki illərdə 11-ci sinifi bitirmiş və buraxılış imtahanları vermiş şəxslər əgər növbəti ilin qəbul imtahanlarında birinci mərhələ-buraxılış üzrə yenidən imtahan vermək istəsələr, bunun üçün DİM-in ödənişli əsaslarla imtahanında iştirak etməlidirlər.

 

Təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi AYNA-ya açıqlamasında bildirib ki, buraxılış imtahanlarında əldə etdikləri nəticədən qane olmayan abituriyentlər növbəti ildə yenidən buraxılış imtahanı formatında olan qəbul imtahanının birinci mərhələsində iştirak edə bilərlər.

Image result for elçin əfəndi

"Yox əgər buraxılış imtahanında bu il əldə etdiyiniz nəticə sizi qane edirsə (mənim tövsiyyəm 150+ bal varsa), o zaman buraxılış imtahanı verməyə bilərsiniz və birbaşa blok imtahanına hazırlaşaraq mümkün 400 baldan 100-dən az olmamaqla bal toplayaraq (III ixtisas qrupu üzrə isə yaxşı olar ki, mümkün 400 baldan 250+) ali məktəbə qəbul ola bilərsiniz", - deyə E.Əfəndi vurğulayıb.

 

Ekspert, nəticəsi 150 baldan, hətta 100 baldan aşağı olanlara isə tövsiyə edir ki, buraxılış imtahanını növbəti ildə yenidən versinlər.

Müəllif: Ayna.az