Rusiyaya 30-dan çox ölkə sifariş verib

Dünya

10.04.2020 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

İlkin olaraq apreldə 500, mayda 1500, iyunda isə 3000 süni tənəffüs aparatı  istehsal olunacaq

 

Koronavirus pandemiyası dünya dövlətlərini tibbi avadanlıq baxımından sınağa çəkib. Bu səbəbdən ölkələrin ən çox ehtiyacı olan məhsul süni nəfəs aparatlarıdır.

 

AYNA Rusiya mətbuatına əsasən xəbər verir ki, belə avadanlığın istehsalı ilə məşğul olan Rusiya artıq dünyanın 30 ölkəsindən sifariş alıb.

 

Bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirinin müavini Serqey Çıb məlumat verib: "Bu vəziyyətdən beynəlxalq bazarlara çıxmaq üçün istifadə etmək istəyirik. İnanırıq ki, imkanlarımızı, potensialımızı - yalnız süni tənəffüs aparatı  deyil, digər mürəkkəb tibbi cihazların istehsalını cəmləşdirmək üçün hər imkanımız var. İlkin olaraq apreldə 500, mayda 1500, iyunda isə 3000 süni tənəffüs aparatı  istehsal olunacaq”.

 

Nazir müavini əlavə edib ki, tibbi texnologiyalar üzrə elmi-texniki şuranın nəticələri əsasında tərtibatçıların və istehsalçıların konsorsiumu yaradılacaq. Onun vəzifəsi vahid rəqəmsal platforma əsasında bütün kritik sahələrdə yerli avadanlıqlar xəttini yaratmaq olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş