Rusiyalı həkimdən koronavirusa yoluxanlara tövsiyə

Dünya

29.11.2020 - 05:52

İmmunoloq: "Hər şeydən əvvəl oksigenin bədəndəki paylanmasını tənzimləmək lazımdır".

 

Rus immunoloq həkimi Vladislav Jemçugov koronavirusa yoluxduğu zaman nəfəs darlığı çəkən insanların sağaldıqdan sonra reabilitasiya prosesi zamanı yoqa nəfəs alma üsullarından faydalana biləcəyini tövsiyə edib


AYNA xəbər verir ki, təhlükəli infeksiyalar üzrə ixtisaslaşmış immunoloq həkim Jemçuqov xarici KİV-ə açıqlamasında COVID-19 xəstələrinin bədənlərində meydana gələn fəsadları aradan qaldırmaq üçün bir reabilitasiya proqramına daxil edilməli olduğunu söyləyib. Jemçuqov deyib ki, koronavirusdan sonra hamı üçün reabilitasiya proqramı düzgün hazırlanmalıdır. O, proqramın necə hazırlanacağı mərhələsində, onun arxa planı, yəni hansı xəstəliklərin yaşandığı (virusa yoluxma dövründə), şiddəti və insanın yaşı nəzərə alınmalı olduğunu söyləyib: "Hər şeydən əvvəl oksigenin bədəndəki paylanmasını tənzimləmək lazımdır".


İmmunoloq bir çox insanın ağ ciyərə hücum edən virus səbəbiylə nəfəs darlığı kimi tənəffüs problemi yaşadığını xatırladaraq sağaldıqdan sonra yoga nəfəs alma məşqlərinin bu vəziyyəti yaşamış şəxslər üçün faydalı olacağını söyləyib: “Yoga tənəffüs məşqləri koronavirusu olan hər kəsin etməsi lazım olan bir şeydir və hər sistem üçün faydalı olacaqdır. Çünki (xəstəliyin yaxşılaşmasından sonra) vücuddakı oksigen paylanmasını hər şeydən əvvəl tənzimləməliyik, hər şey ondan asılıdır".

Müəllif: Ayna.az