Ölkədə bir gündə 7 min 728 yeni yoluxma qeydə alınıb
Rusiyada son sutka ərzində 7 min 728 koronavirusa yeni yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə İnfeksiyanın Yayılmasına Nəzarət və İzləmə üzrə Əməliyyat Qərargahından bildirilib.
Məlumatda qeyd olunub ki, yeni yoluxmuşlar 84 bölgədə aşkarlanıb. Gün ərzində 109 nəfər COVID-19-dan ölüb, 5 min 119 nəfər isə sağalıb.
İyunun 20-də Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirus epidemiyasının azaldığını bildirib. “Yaxın gələcəkdə Rusiyada koronavirus əleyhinə peyvəndin hazırlanacağına ümid edirəm. Rusiya dərmanları dünyada ən yaxşı və effektiv dərmanlardır”, - deyə Prezident vurğulayıb.