Son 24 saat ərzində şimal qonşumuzda virusa yoluxanların sayı 21102 nəfərə çatıb
Rusiyada koronavirusa yoluxanların və ölənlərin sayı artıb. AYNA rus mətbuatına istinadən xəbər verir ki, son 24 saat ərzində şimal qonşumuzda virusa yoluxanların sayı 2774 nəfər artaraq 21102, ölənlərin sayı isə 22 nəfər artaraq 170 nəfərə yüksəlib.
Bunun indiyədək Rusiyada qeydə alınan ən yüksək gündəlik yoluxma və ölüm faktı olduğu deyilir.
Qeyd edək ki, dünya miqyasında koronavirusa yoluxanların sayı 2 milyon, ölənlərin sayı isə 120 min nəfərə yaxınlaşır.