Rusiyada qar uçqununun altından dörd nəfər sağ çıxarılıb

Dünya

09.01.2021 - 00:37

Fəlakət nəticəsində beş ev uçqunun altında qalıb

 

Rusiyada yerləşən Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun atlından 4 nəfər sağ tapılıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onlar bir ailənin üzvləridir.

 

"Qar uçqunu altından daha 2 nəfər özü çıxıb, axtarış işləri davam etdirilir", - məlumatda bildirilir.

 

Qeyd edək ki, fəlakət nəticəsində beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin Sibir regional axtarış-xilasetmə briqadasının 50 canlı qüvvəsi və 3 texnikası cəlb edilib.

Müəllif: Ayna.az