Yoluxanların ümumi sayı 606 min 881 nəfərə çatıb
Ötən gün Rusiyada 7176 nəfərdə koronavirus infeksiyası aşkar edilib. AYNA xəbər verir ki, gün ərzində 154 xəstə vəfat edib, 12 min 393 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 606 min 881 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 368 min 822 nəfər sağalıb, 8513 pasiyent vəfat edib. Hazırda Rusiya xəstəxanalarında 229 min 546 nəfər koronovirus infeksiyasından müalicə olunur.