Çində güclü zəlzələ olub

Dünya

28.10.2019 - 06:16

Zəlzələ ocağı yer səthindən bir kilometr dərinlikdə olub

 

Çinin Qansu vilayətində 5,7 bal gücündə zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanlar vilayətin Qannan Tibet muxtar prefekturasının Siaxı qəzası ərazisində yerli vaxtla saat 01:56-da (Bakı vaxtı ilə 21:56-da) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən bir kilometr dərinlikdə olub. Yeraltı təkanlar qonşu Linsia Huy muxtar prefekturasında və Dinsi şəhərində də hiss olunub.

 

Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

 

Müəllif: Ayna.az