Rusiyada ağır yol qəzası: <font color=red> Ölənlər və yaralananlar var</font>

Dünya

29.01.2021 - 22:30

Qəzaya avtobusun manevr etməsi səbəb olub

 

Rusiyada ağır yol qəzası baş verib. AYNA TASS-a istinadən xəbər verir ki, hadisə Samara əyalətində qeydə alınıb. Belə ki, sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 10 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb.

 

İlkin məlumata görə, qəzaya avtobusun manevr etməsi səbəb olub. Qeyd edilir ki, qəza avtobus sürücüsünün ötmə əməliyyatı nəticəsində baş verib.

Müəllif: Ayna.az