Rusiya və Amerika liderləri görüşəcək

Dünya

31.03.2020 - 21:51

Həkimlər Klinikalar SEO Xidməti

İki ölkə arasında neft bazarlarındakı qiymətlərlə bağlı məsləhətləşmələr aparılacaq

 

Rusiya və ABŞ arasında neft qiymətləri ilə bağlı görüş baş tutacaq. AYNA xəbər verir ki, bu barədə Kremilin sözcüsü Dimitri Peskov məlumat yayıb.

 

“İki ölkə arasında neft bazarlarındakı qiymətlərlə bağlı məsləhətləşmələr aparılacaq. Çünki hazırki neft qiymətləri nə bizim, nə də ABŞ-ın maraqlarına uyğun deyil”, - deyə Peskov bildirib.

 

Bundan əlavə, Peskov Putin və Tramp arasında telefon danışığı oludğunu xatırladıb: “Rusiya və ABŞ arasında neft bazarlarında məsləhətləşmələr aparmaq üçün iki liderin təlimatlarına uyğun olaraq razılıq əldə olunub. Əlbəttə ki, hər iki ölkə hazırkı neft qiymətlərinin maraqlara uyğun olmadığı ilə razılaşır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş