Rusiya Müdafiə Nazirliyi: O silahlar Türkiyə əsgərlərinə qarşı istifadə olunub

Dünya

19.02.2020 - 13:20

Həkimlər Klinikalar SEO Xidməti

“2020-ci ilin əvvəlindən bəri ABŞ silahla dolu 13 TIR və 80-dən çox zirehli maşını İraqın şimalından Suriyaya göndərib”

 

Rusiya Müdafiə Nazirliyindən Türkiyə ilə bağlı diqqətçəkən açıqlama verilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada, 2020-ci ilin əvvəlindən etibarən İraqdan Suriyanın şimalına silah və zirehli texnikalar göndərildiyi və bu silahların türk əsgərlərinə qarşı istifadə edildiyi bildirilir.

 

Rusiya Müdafiə Nazirliyinə bağlı Suriyadakı Tərəflərin Razılaşma Mərkəzinin rəhbəri Oleq Juravlyovun verdiyi açıqlamaya görə, silahlar və texnikalar İraqdan Suriyanın şimalına ABŞ tərəfindən göndərilib: “2020-ci ilin əvvəlindən bəri ABŞ silahla dolu 13 TIR və 80-dən çox zirehli maşını İraqın şimalından Suriyaya göndərib. ABŞ tərəfindən göndərilən bu silahlar terrorçu qruplar tərəfindən mülki şəxslərə və türk əsgərlərinə qarşı istifadə edilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş