Rusiya Belarusdakı vəziyyətə müdaxilə edəcək

Dünya

27.08.2020 - 18:19

Həkimlər Klinikalar SEO Xidməti

Hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat qüvvələr yaradılıb

 

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat qüvvələr yaradılıb. AYNA xəbər verir ki, bu, Prezident Vladimir Putinin göstərişi əsasında formalaşdırılıb. Həmin qüvvələr ehtiyac olarsa Belarusdakı vəziyyətə müdaxilə edəcək.

 

Putin qeyd edib ki, həmin qüvvələrdən Belarusda vəziyyət nəzarətdən çıxmayana qədər istifadə olunmayacaq.  

 

“Siyasi şüarların arxasında gizlənən ekstremist ünsürlər hədləri aşıb, qarətə, soyğunçulara başlayarsa, o zaman yaradılan qüvvələr hərəkətə keçəcək. Ümid edirəm ki, onlar soyğunçuluğa başlamazlar”, - Rusiya lideri qeyd edib.

 

Qeyd edək ki, avqustun 16-da Belarus Prezidenti Aleksandr Lukaşenko Putindən prezident seçkilərindən sonra respublikada yaranan problemlərin həlli üçün Minskə dəstək istəyib. Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində rəsmi Moskvanın dəstəyə hazır olduğunu ifadə edib. Daha sonra Lukaşenka rusiyalı həmkarı ilə Belarusdakı vəziyyətlə bağlı tam anlaşma olduğunu açıqlayıb.

 

Xatırladaq ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı olan Belarus xalqı etiraz aksiyalarına başlayıb. Aksiyalar 3 həftədir ki, davam edir. Əhali Prezidentin istefasını, yeni seçki keçirilməsini tələb edir. Lukaşenko isə aksiya edənləri xarici qüvvələrin fitvası ilə hərəkət etməkdə, hadisələrin ölkənin müstəqilliyinə xaricdən müdaxilə kimi dəyərləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş