Ruhani koronavirus barədə: “Ciddi itkilərimiz var”

Dünya

04.03.2020 - 17:28

cedabet dərman SEO Xidməti

İran Prezidenti: “Qısa müddətdə virusdan yaxa qurtarmağa çalışacağıq”

 

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkədə sürətlə yayılan koronavirus barədə açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani virusun ölkəyə ciddi şəkildə mənfi təsir göstərdiyini bildirib.

 

Buna baxmayaraq, İran Prezidenti qısa müddət ərzində İranın virusdan xilas olacağını açıqlayıb: “Onlarla insanın həyatını itirməsinə baxmayaraq, az sayda itki ilə ən qısa müddətdə virusdan yaxa qurtarmağa çalışacağıq”.

 

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 3 mini ötüb ki, onlardan 77-si dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş