Yaponların çox illər sonra çözülən sirri

Dünya

26.08.2019 - 12:31

“Həmin illərdə Azərbaycanın “Badamlı” mineral suyu da yaponlar tərəfindən həvəslə alınırdı”

 

“Ötən əsrin 70-ci illərində Yaponiya SSRİ-dən tonlarla şüşə qırıqları alıb, sonra onu dənizə tökürdü. Sovet İttifaqında uzun müddət bu qəribə ticarətin sirrini öyrənməyə çalışırdılar. Sovetlər böyük məmnuniyyətlə böyük həcmdə şüşə qırıntısını taxta yeşiklərdə qablaşdırıb göndərirdi. Lakin yaponların dərhal tədarük edilən malı dənizə tökməsi də sirr olaraq qalırdı”.

 

AYNA xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, əslində isə məsələnin məğzi başqaydı: “Yaponlara şüşə deyil, şüşələrin qablaşdırılaraq, göndərildiyi taxta yeşiklər lazım idi. Küknar ağacından hazırlanan bu yeşiklər yaponlar üçün çox qiymətli xammal idi”.

Ayna.az