Rəsmi Berlin Belarusda nüvə silahı anbarının yaradılmasına etiraz etdi

Dünya

26.03.2023 - 16:25

Almaniya XİN: Rusiya Prezidentinin NATO-nun nüvə bölgüsü ilə müqayisəsi aldadıcıdır

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarını pisləyib. AYNA xəbər verir ki, “Welt” qəzeti Almaniya hakimiyyətinin reaksiyası barədə yazıb.

Almaniya XİN Moskvanın hərəkətlərini nüvə hədə-qorxusuna növbəti cəhd adlandırıb.

“Rusiya Prezidenti Vladimir Putinin NATO-nun nüvə bölgüsü ilə müqayisəsi aldadıcıdır. Rusiya bu addımını əsaslandırmaq üçün NATO-nun nüvə bölgüsü müqayisəsindən istifadə edilə bilməz”, - deyə XİN bəyan edib.

Rəsmi Berlin xatırladıb ki, Minsk beynəlxalq səviyyədə bir sıra bəyannamələrdə nüvə silahından imtinaya söz verib.

Qeyd edək ki, Putin Rusiya və Belarusun respublika ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi barədə razılığa gəldiyini və onun üçün anbarın tikintisinin iyunun 1-də başa çatacağını bəyan edib. Rusiya Prezidenti vurğulayıb ki, döyüş sursatları Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilə (START) üzrə öhdəlikləri pozmadan yerləşdiriləcək.

Müəllif: Ayna.az