KİV: Netanyahu Trampdan hər gün İrana qarşı müharibənin bərpasını xahiş edir

Dünya

10.11.2026 - 11:48

“Ağ Evin içərisində və xaricində müharibə istəməyənlər bununla mübarizə aparmağa çalışırlar”

İsrail Baş naziri Benyamin Netanyahu hər gün ABŞ Prezidenti Donald Trampa zəng edərək ondan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini xahiş edir. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, "Netanyahu hər gün ona zəng edir, müharibəni bərpa etməyə çağırır”.

“Ağ Evin içərisində və xaricində müharibə istəməyənlər bununla mübarizə aparmağa çalışırlar. Regional liderlər ona eskalasiyadan çəkinməyi və danışıqlara üstünlük verməyi deyirlər", - deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş