Gürcüstanda koronavirusa yoluxanların sayı 1650 nəfərə çatıb
Gürcüstanda son bir sutka ərzində 29 nəfər COVID-19 infeksiyasına yoluxub. AYNA bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib.
Ümumilikdə qonşu ölkədə koronavirusa yoluxanların sayı 1650 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar hazırda 6020 nəfər karantində saxlanılır, 299 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1310 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.