Qonşu ölkədə bir gündə 102 nəfər koronavirusdan ölüb

Dünya

03.01.2021 - 18:56

İranda virusa yoluxanların sayı 1 milyon 243 min 434-ə çatıb

 

İranda son sutka ərzində 5 min 960 nəfər koronavirusa yoluxub, 102 nəfər xəstəlikdən ölüb. AYNA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

 

Bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 243 min 434-ə, ölənlərin sayı isə 55 min 540-a çatıb.

 

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 953 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 13 min 18 xəstə isə sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az