Qırğızıstanda koronavirusa yoluxanların sayı artıb

Dünya

29.05.2020 - 10:56

Hazırda xəstəxanalarda 558 xəstə müalicə olunur

 

Son 24 saat ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı artaraq 1662 nəfərə çatıb. AYNA xəbər verir ki, bu haqda ölkənin Səhiyyə nazirinin müavini Norbolot Usenbayev bildirib.

 

Nazir müavini deyib ki, indiyədək bu virusdan 1088 xəstə sağalıb, ölənlərin sayı 16 nəfərdir: “İndiyədək 330 tibb işçisi bu virusa yoluxub və 247-si artıq sağalıb. Hazırda xəstəxanalarda 558 xəstə müalicə olunur. 10 nəfərin isə vəziyyəti ağırdır.

Müəllif: Ayna.az