Şeyx Cənubi Qafqazda sülhə çağırış edib

Aktual

01.05.2024 - 19:36

Həkimlər Klinikalar SEO Xidməti

Allahşükür Paşazadə: “Təəssüflər olsun ki, Azərbaycanın bu səyləri ilə eyni vaxtda, Ermənistanda hələ də revanşizm, nifrət çağırışları səslənir”

Azərbaycan Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir.

AYNA APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsalmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.

“Təəssüflər olsun ki, Azərbaycanın bu səyləri ilə eyni vaxtda, Ermənistanda hələ də revanşizm, nifrət çağırışları səslənir. Separatizmi qızışdıranlara, revanşist təbliğat aparanlara, hərbi yardım vəd edən havadarlara bel bağlayaraq mürtəce planlar cızanlara xitabən bəyan etmək istəyirəm ki, xülyalara aldanıb öz xalqlarına yeni faciələr yaşatmasınlar. Unutmasınlar ki, bir yumruq kimi birləşmiş Azərbaycan xalqı, müstəqil, suveren Azərbaycan dövləti hər zaman bütün təhdidlərin öhdəsindən gəlmək iqtidarındadır”, - o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş