Borrell Gürcüstanda polisin etirazçılara qarşı hərəkətlərini pisləyib

Dünya

01.05.2024 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

“Gürcüstan hakimiyyətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram”

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell Gürcüstanda “Xarici agentlər” haqqında qanuna etiraz edən aksiya iştirakçılarına qarşı polis əməkdaşlarının hərəkətlərini pisləyib. AYNA xəbər verir ki, müvafiq bəyanat diplomatın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Mən Gürcüstanda “Xarici təsir aktına” qarşı dinc nümayiş keçirən etirazçılara polisin zorakılığını qətiyyətlə pisləyirəm. Gürcüstan Aİ-yə üzv olmağa namizəd ölkədir və mən onun hakimiyyətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Borell əlavə edib ki, dinc nümayişçilərə qarşı zorakılıqdan istifadə yolverilməzdir.

Bundan əvvəl məlum olub ki, Gürcüstanda keçirilən etiraz aksiyası nəticəsində 63 nümayişçi saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılanların əksəriyyəti xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq maddələri ilə ittiham olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş