ABŞ dövlət katibi: “Vaşinqtonun HƏMAS-a liderlərinin imtina edə bilməyəcəyi təklifi var”
ABŞ dövlət katibi Antoni Blinken Fələstinin radikal HƏMAS hərəkatını girovların qaytarılması və atəşkəslə bağlı razılaşmanın şərtlərini qəbul etməyə çağırıb. AYNA xəbər verir ki, baş katib bu barədə Təl-Əvivdə Qəzza zolağından girovları azad etməyə çağıran etirazçılar qarşısında çıxışında deyib
Blinken girov saxlanılan kişi, qadın və əsgərlərin qaytarılmasının ABŞ üçün prioritet olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun HƏMAS-a liderlərinin imtina edə bilməyəcəyi təklifi var.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, girovlar azad edilərsə, İsrail ordusu yenə də Rəfah şəhərində əməliyyat keçirəcək. Netanyahu qeyd edib ki, onun nəzarəti olmadan HƏMAS-a qarşı başlayan hərbi əməliyyatlar öz məqsədinə çatmayacaq.