Yaponiyada atom elektrik stansiyasında yanğın olub

Dünya

01.05.2024 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Şimane AES-in ikinci enerji blokunun turbin zalında yanğın baş verib

Yaponiyada “Chugoku Electric Power” şirkətinin idarə etdiyi Şimane Atom Elektrik Stansiyasında (AES) yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hadisə AES-in ikinci enerji blokunun turbin otağında müvəqqəti paylayıcı qutunun ərazisində baş verib.

Yanğının səbəbi məlum deyil. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumatda qeyd olunub ki, ətraf mühitə heç bir zərərli təsir aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş