“Daxili İşlər Nazirliyinin altı əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb”
Gürcüstanın paytaxtı Tiflisdə aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
“Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin altı əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb”, - Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.
Qeyd edək ki, aprelin 29-da gürcü deputatlar “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyiblər. Qanun QHT və və medianın illik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, qeydiyyatdan keçmələrini tələb edir. Lakin onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.
Qanunun qəbulunun səhərim gün Tiflisdə etirazçılar mitinq keçiriblər. Polis parlament binası yaxınlığında toplaşanları dağıtmağa başlayıb və bibər qazından istifadə edib. Aksiyaçılarla polis arasında toqquşmalar olub.