Gəncədə qanunsuz tikili sökülüb - VİDEO

Xəbərlər

27.04.2024 - 11:23

Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Müəllif: Ayna.az