Vilayət Eyvazov qəbul keçirəcək

Xəbərlər

01.05.2024 - 20:31

DİN rəhbəri Yardımlıda vətəndaşları qəbul edəcək

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən may ayının 15-də Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.05.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş