Tiflisdə gərginlik: polis etirazçılara qarşı səs qumbarası və qazdan istifadə edib

Dünya

01.05.2024 - 11:13

Etirazçılar təhlükəsizlik qüvvələrinə butulkalar atmağa başlayıblar

Gürcüstanın paytaxtı Tiflisdə aprelin 30-dan mayın 1-nə keçən gecə “Xarici agentlər” haqqında qanuna qarşı etiraz edənlərin mitinqini dağıtmaq istəyib. AYNA xarici mediaya istinadən bildirir ki, polis etirazçılara qarşı səs qumbaralarından və qazdan istifadə edib.

Bildirilib ki, yerli vaxtla təxminən saat 04:00-da Rustaveli prospektində atışma səsi eşidilib. Cavab olaraq etirazçılar təhlükəsizlik qüvvələrinə butulkalar atmağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Bundan əvvəl məlum olub ki, Tiflisdə polis etirazçıları saxlamağa başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın keçirildiyi Gürcüstan Parlamentinin binasına yaxınlaşan hissələrin qarşısını kəsiblər.

Müəllif: Ayna.az