Larri Conson: “Putin güclənir, daha da populyarlaşır”

Dünya

01.05.2024 - 17:08

“Onun sözlərinə görə, Rusiya liderinin təsiri və populyarlığı Qərb tərəfindən lazımi səviyyədə qiymətləndirilmir”

“Qərbin dünya ictimaiyyətinin sanksiyalara görə Rusiya Prezidenti Vladimir Putindən üz döndərəcəyi ilə bağlı ümidləri tamamilə əsassızdır”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “Dialogue Works” proqramında bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin təsiri və populyarlığı Qərb tərəfindən lazımi səviyyədə qiymətləndirilmir.

“Putin güclənir, Putin daha da populyarlaşır. Putinin populyarlığı Makron, Trüdo, Bayden və Şoltsun cəmindən daha yüksəkdir”, - ekspert bildirib.

Conson bu faktı tanımayan Qərbi “reallıqdan uzaq” adlandırıb.

Müəllif: Ayna.az