Qəzaya uğrayan təyyarədə azərbaycanlı da olub

Dünya

06.02.2020 - 03:05

Həkimlər Klinikalar SEO Xidməti

Qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub

 

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.

 

AYNA xəbər verir ki, bu barədə Azərtac-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

 

Hazırda bu şəxsin kimliyi araşdırılır.

 

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

 

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş