Qazaxıstanda iş yerləri və şəhərlərə giriş-çıxış bağlanıb

Dünya

19.03.2020 - 16:16

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstanda virusa yoluxanların ümumi sayı 37-ə çatıb

 

Qazaxıstanın paytaxtı NurSultan və Almatı şəhərlərində koronavirusa görə karantin tədbirlərinə başlanılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, karantin tədbirləri çərçivəsində sakinlərin hərəkətinə və nəqliyyat vasitələrinin şəhərlərə giriş-çıxışına məhdudiyyətlər qoyulub.

 

Bundan əlavə, mağazalar və apteklərdən başqa bütün ticarət mərkəzləri və bazarların fəaliyyətinin dayandırıldığı açıqlanıb. Həmçinin, dövlət və özəl idarə işçilərinin 70 faizinin evdən işləyəcəyi vurğulanıb.

 

Qeyd edək ki, Qazaxıstanda virusa yoluxanların ümumi sayı 37-ə çatıb. Xəstələrdən 19-u NurSultan şəhərindəki xəstəxanalarda, digərləri isə Almatıda müalicə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş