Qarabağda sülh missiyası: Türkiyə hərbçiləri də burada olacaq, amma...

Aktual

13.11.2020 - 14:50

Həkimlər Klinikalar SEO Xidməti

Tofiq Abbasov: “Ərazidə Türkiyənin də hərbi kontingenti təmsil olunacaqsa və üzərlərinə düşən vəzifələr nədən ibarət olacaq, məhz indi bu məsələnin həllinə nail olunması üzərində çalışmaları müşahidə edirik”

 

Məlum olduğu kimi, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağda atəşkəsin və sülhün bərqərar olması üçün üçtərəfli razılaşma əldə edildi. 9 maddədən ibarət razılaşmaya əsasən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

 

Qarabağ müharibəsinin yekun həllini tapması və işğal altında olan torpaqların azad edilməsi ölkəmizdə yüksək coşqu və bayram ab-havasına səbəb olmaqla yanaşı, bir sıra suallara, tərəddüdlərə də səbəb oldu. Xüsusən də, razılaşmada Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa gəlməsi ictimaiyyətdə həm tədirginlik yaratdı, həm də bir sıra suallara səbəb oldu. Həmçinin, prosesdə Türkiyənin mövqeyi ilə bağlı ziddiyyətli açıqlamalar da ictimaiyyət arasında sualların sayını çoxaldıb.

 

Belə ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş ölkə rəsmilərinin Qarabağda Rusiya sülhməramlıları ilə eyni hüquqa malik olması və prosesləri birlikdə izləyəcəkləri elan edilsə də, Rusiya Prezidenti Vladimir Putinin sözcüsü Dmitri Peskovdan tutmuş, xairic işlər naziri Sergey Lavrova qədər, Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda olmayacağı bəyan edildi.

Oxu.az - Tofiq Abbasov: Xəzərin hüquqi statusu Astanada həllini tapacaq

Sözügedən sualları və ziddiyyətli məqamları AYNA-ya şərh edən politoloq Tofiq Abbasov bildirib ki, imzalanmış sənədə əsasən rusiyalı rəsmilər haqlıdır: “Amma danışıqlar əsasında Türkiyə hərbçilərinin də münaqişə zonasında olması nəzərdə tutulur. Hazırda həm Putin və Ərdoğan, həm Şoyqu və Hulusi Akar, həm də Çavuşoğlu və Lavrov arasında bununla bağlı intensiv danışıqlar gedir. Yəni, əldə olunmuş bu nəticə dördlük formatında əldə olunub və bu istiqamətdə irəliləyir. Belə ki, həm Azərbaycan Prezidenti, həm də Türkiyə mənbələri Türkiyənin də münaqişə zonasına olacağını bəyan ediblər.”

 

“Təbii ki, sülhməramlı Birgə Mərkəzdə Türkiyə hərbçiləri rəsmən iştirak edəcəklər, buna heç bir şübhə yoxdur. Lakin hərbi kontingentin gəlməsi ilk növbədə texniki baxımdan öz həllini tapmalıdır. Çünki münaqişə zonasında Rusiyanın 2000 nəfərədək hərbi nümayəndəsi yerləşir. Ərazidə Türkiyənin də hərbi kontingenti təmsil olunacaqsa və üzərlərinə düşən vəzifələr nədən ibarət olacaq, məhz indi bu məsələnin həllinə nail olunması üzərində çalışmaları müşahidə edirik. Çünki bu, Türkiyə üçün son dərəcə prinsipial məsələdir. Belə ki, 30 il fərsizlik və oyunbazlıqdan başqa heç bir iş görməyən ATƏT-in Minsk Qrupunun vəzifələrinə demək olar ki, xitam verilib və onlara heç diqqət edən də yoxdur. Həmçinin, “2+2” formatı demək olar ki, de-fakto şəkildə özünü nümayiş etdirir və göstərir ki, bu format daha effektiv və daha səmərəli ola bilər. Bu baxımdan da hesab edirəm ki, bəzi məsələlərin texniki və siyasi cəhətdən razılaşdırılması ilə bərabər, bu məsələ də yaxın günlərdə öz həllini tapacaq” - deyə, politoloq vurğulayıb.

 

Əlavə edib ki, bəyanata əsasən, Rusiya və Türkiyə sülhməramlılarının hüquqları bərabər olmasa da, buna nail olmaq üçün danışıqlar prosesi davam edir: “Rusiya və Türkiyənin həm dövlət başçıları, həm də xarici və müdafiə işlər nazirlərinin bu istiqamətdə bilavasitə təmasları var və bu təmaslar durmadan inkişaf edir. Şəxsi müşahidələrimə əsasən də, bu təmsaların müsbət sonluqla bitəcəyini deyə bilərəm. Çünki bu prosesdə nə Türkiyə, nə də Rusiya tərəfindən hansısa aqressiya müşahidə edilir. Mətbuata açıqlama verən nümayəndələr də öz fikirlərini çox sakit izah edir və bir-birini qıcıqlandıran fikirlər səsləndirmirlər. Bu da ondan xəbər verir ki, bütün proseslər məsləhətləşmə şəkildə öz həllini tapacaq.”

 

“Digər məsələ isə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni azlıqlarının yaşamısıdr. Düzdür, onlar de-yure Azərbaycan vətəndaşlarıdırlar. Onları zorla Ermənistan, yaxud qondarma “Dağlıq Qarabağ Respublikasının vətəndaşı” edən miflər və israrlar idi. Amma artıq onların beli qırıldı və demək olar ki, yoxa çıxdılar. Arayik Harutyunyan kimi sərsəmlər müxtəlif bəyanatlar səsləndirsələr də, lakin onlara fikir verən yoxdu. Artıq onların müqəddaratı necə olacaq, hansı statusla yaşayacaqlar, Azərbaycan polisi təhlükəsizliyi təmin etmək üçün hansı zonalara nəzarət edəcək, bütün bunların hamısı artıq proses əsasında öz həllini tapacaq” – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib