Azərbaycanda COVID-19-a sutkalıq yoluxma azalıb

Aktual

19.10.2020 - 15:40

Daha 331 nəfər virusa yoluxub, 107 nəfər sağalıb

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, daha 107 nəfər sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 46 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib. Aktiv xəstə sayı 4521 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 232 min 636 test aparılıb. Bugünkü test sayı isə 4612-dir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə