Azərbaycanda 180 koronavirus xəstəsi reanimasiyadadır

Aktual

22.08.2020 - 05:52

Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı 24 nəfərdir

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 21-nə olan statistik göstəriciləri açıqlayıb. AYNA xəbər verir ki, məlumatda dünən gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 986 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 861 788  test aparılıb. İndiyədək   512  nəfər COVID-19-dan dünyasını dəyişib, 32 682  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 727 nəfərdir. Hazırda 180  nəfər reanimasiyada müalicə alır. 24  nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Qeyd edək ki, dünən Azərbaycanda 162  yoluxma, 171  sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.

Müəllif: Ayna.az