Son məlumatda yaralıların sayının 75 nəfər olduğu bildirilir
Türkiyədə Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində baş verən qar uçqunlaqarı nəticəsində, ümumilikdə ölənlərin sayı 38 nəfərə çatıb.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ucqunla bağlı verilən son məlumatda yaralıların sayının 75 nəfər olduğu bildirilir.
Yaralılardan 10-a yaxını reanimasiyada nəzarətdədir.Yaralılar bölgənin ayrı-ayrı xəstəxanalarına yerləşdirilib. İndiyədək uçqun altında qalan 60-dan çox insan xilas edilib.
Məlumatda qeyd olunur ki, hazırda təbii fəlakət baş verən bölgədə xilasetmə işləri davam edir. Əraziyə 600-dən çox fövqəladə hallar üzrə xilasedicilər cəlb olunub.