Putinin koronavirus testinin nəticələri barədə açıqlama

Dünya

18.03.2020 - 18:37

Həkimlər Klinikalar SEO Xidməti

 “Prezidentin iş qrafiki açıqdır və bu, onun sağlamlığının ən bariz sübutudur”

 

Məlum olduğu kimi, bütün dünyada çaxnaşmaya səbəb olan koronavirus siyasi xadimlərdən də yan keçməyib. AYNA xarici mətbuta istinadən verir ki, Kremlin sözcüsü Dimitri Peskov Prezident Vladimir Putinin virusa qarşı gördüyü tədbirlər barədə məlumat verib.

 

“Prezidentin qorunması üçün görülən tədbirlər gün ərzində davam etdirilir. Bununla yanaşı, məcburi testlər və tədbirlər Prezidentdən əlavə Kremldə işləyən bütün işçilərə şamil edilir”, -Peskov bildirib.

 

Peskov Putinin sağlamlıq vəziyyəti haqqında da məlumat verib: “Prezidentin iş qrafiki açıqdır və bu, onun sağlamlığının ən bariz sübutudur”.

 

Qeyd edək ki, Kreml sözcüsü bundan əvvəl koronavirusla bağlı açıqlamasında Putinə koronavirus testinin olub-olmaması ilə bağlı sualları cavabsız qoymuşdu.

 

Onu da əlavə edək ki, Rusiyada koronavirusa yoluxnaların sayı 147-ə çatsa da, ölüm faktı qeydə alınmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş