Putindən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə<font color=red> MÜNASİBƏT </font>

Siyasət

24.07.2020 - 17:21

Həkimlər Klinikalar SEO Xidməti

"Bizim üçün Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət çox həssas məsələdir"

 

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycanla Ermənistan arasında sərhəddəki vəziyyəti müzakirə edib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

 

Peskov deyib ki, Ermənistan-Azərbaycan sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən, Azərbaycan və Ermənistanla münasibətləri müzakirəyə çıxarılıb: “Prezident Putin bildirdi ki, bizim üçün Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət çox həssas məsələdir”.

 

Toplantıda Baş Nazir, parlamentin hər iki palatasının spikerləri, Kreml Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurası sədrinin müavini, Təhlükəsizlik Şurasının katibi, Xarici İşlər naziri, Müdafiə naziri, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, Ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayəndəsi iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş