ABŞ səfiri: “Məqsədimiz tərəflərin bu cür hərəkətlərinə dəstək olmaqdır”
“ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü keçirməkdən məmnundur”.
AYNA xəbər verir ki, bunu "Report"un sualını cavablandırarkən, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib. “Şadam ki, bu görüşdən sonra növbəti addım bəzi məhbusların mübadiləsi oldu” – o bildirib.
Səfir qeyd edib ki, bu cür addımlar mövcud olan çətin məsələləri həll etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün lazım olan etimadı yaratmağa kömək edir: “Məqsədimiz tərəflərin bu cür hərəkətlərinə dəstək olmaqdır”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin son görüşü iyunun 20-də Vaşinqtonda keçirilib.