“Parlament yenidən formalaşacaq” – <font color=red> PREZİDENT</font>

Siyasət

02.12.2019 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Biz gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər”

 

“Bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları”.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev, Azərbaycan Respublikası Prezidenti Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadəni qəbul edərkən deyib.

 

“Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər”, - deyə ölkə rəhbəri bildirib.

Müəllif: Ayna.az